Azeri Orthodontic Society
İlham Mehmani 26 mart 2016 il tarixində Azəri Ortodontlar Dərnəyinin fəallarini yığıncağında dr. İlham Mehmani yekdiliklə Dərnəyin yeni sədri seçilmişdir.





Mehmani İlham Həsənağa oğlu 1969-cu ildə anadan olub.
Azərbaycan Tibb Universitetinə, stomatologiya fakültəsini, 1991-ci ildə bitirmişdir.
1992-1997-ci illərdə Sumqayit şəhərinin bir sıra müəssisələrinin tibbi-səhiyyə hissələrində həkim-stomatoloq kimi işləmişdir.
1997-1998-ci illərdə Sumqayıt tibb texnikumunun stomatologiya fakültəsində dərs demişdir.
1998-ci ildən Sumqayıt şəhər uşaq stomatoloji polinklinikasının baş həkimi təyin edilmişdir.
2002-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin «uşaq stomatologiyası» kafedrasının assistenti işləmişdir.
2007-ci ildən universitetin «ortopedik stomatologiya» kafedrasının assistenti işləyir.
Ortodontiya və ortopediya sahəsində çoxsaylı kliniki müvəffəqiyyətlərə sahibdir. çoxsaylı beynəlxalq seminar və kursların dinləyicisi olub, sertifikat almışdır. 15 elmi-kliniki məqalənin müəllifidir. «Ortodontiyada müasir bazis materiallarının effektliliyinin kliniki-laborator qiymətləndirilməsi» mövzusunda dissertasiya müdafiə etmişdir, tibb üzrə fəlsəfə doktorudur.
Evlidir, 3 uşağı var.
İstifadəçi məlumatı
İstifadəçi adı:
Parol:
Məni yadda saxla

Üzv deyilsiniz?
Qeydiyyatdan keçin!

Parolunuzu unutdunuz?
Təsadüfi şəkil

Azerbaycan Saytlari Kataloqu