Bakıda ilk dəfə tanınmış alman ixtiraçısı və mühazirəçisi Professor Ələddin Sabbahın iki günlük "Gicgah-çənə oynağı pozulmalarının manual diaqnostikası və AquaSplint vasitəsi ilə müalicəsi" və "Ortodontiyada çətinliklərin aradan qaldırılması və problemlərin idarə olunması" mövzulu yay kursu 14 və 15 İyul 2017 tarixlərində ”Aysberg” istirahət mərkəzi təşkil olunacaq.
Leksiyalar İngilis dilində və Azərbaycan dilinə tərcümə ediləcək. İştirakçılara rəsmi sertifikat təqdim olunacaq.
Proqram:
14 İyul 2017. Gicgah-Çənə Oynağı Pozulmalarının manual diaqnostikası və AqvaSplint vasitəsi ilə müalicəsi. Hədəf: ortodontlar, üz-çənə cərrahları, stomatoloqlar, rezidentlər, fizioterapevtlər. GÇO disfunksuyalarının səbəbləri bir çox təsirlərdən asılıdır. Oklyuziya pozulmaları heçdə əsas faktor deyil. Burada daha çox psixilojı faktorlar, stress, travma, eyni zamanda birləşdirici toxumaların zəifliyi, boyun sindromu və hormonal faktorların təcrid və ya birgə təsiri böyük rol oynayır. Yeni vasitə olan AqvaSplint GÇO pozulmalarının sürətli və sadə diaqnostika və fəsadsız efektiv müalicə imkanı verir. AqvaSplint yeganə avtomatik hazırlanan şınadır ki, ölçüsüz, artikulyatorsuz bilavasitə ağızda individual olaraq uyğunlaşdırılır və tədbiq olunur. Tez bir zamanda ağrıların azalması və əzələ gərginliyinin aradan qaldırılması, mükəmməl kliniki nəticələr və həkim və pasienti məmnun edir.
Manual funksional diaqnostikadan istifadə edərək GÇO pozulmalarının cəld ilkin dəyərləndirilməsi
AqvaSplintdən istifadə edərək GÇO pozulmalarının sadələşdirilmiş diferensial diaqnostikası
Müalicə qaydaları
Şıkıltı fenomeni: Oklyuziya pozulması nəticəsi? Müalicə vacibdirmi?
AqvaSplintin tətbiqi üçün ( nümayiş vasitəsi ilə) göstərişlər, istifadə və davranma
Yardımçı mülacə üçün manual/psixoterapevtik məşqələlər
Şınanın istifadəsindən sonra nə gəlir? Oklyuziyanın reabiltasiyası mütləq lazımdırmı?
Protezləmədən öncə/ortodontiyadan öncə AqvaSplint vasitəsi ilə dişləmin müəyyən edilməsi
Dental/ortodontik müalicə zamanı yatrogen GÇO pozulmalarından çəkinmə yolları
Görüntü texnikalarına (CT\MRT) göstərişlər
Əksgöstərişlər, iflas, residiv
Müasir hüquq və maliyə aspektləri
15 Iyul 2017. Ortodontiyada çətinliklərin aradan qaldırılması və problemlərin idarə olunması. Hədəf: ortodontlar, stomatoloqlar, rezidentlər. Bu kursun məqsədi müasir ortodontiyanın yeni və təstiqlənmiş məsləhətlərini və fəndlərini nümayiş etmək və onların imkanlarını və məhdudiyyətləırinn göstərməkdir. Diaqnostika və müalicə nəzəri əsas və kliniki hallar vasitəsi ilə izah olunur. Xüsusi diqqət paradontoloqlar, disqnatik cərrhahlar və başqa ixtisas sahiblərinin müştərək iş təşkilinə və GÇO nəzarətdə saxlamağa verilir.
Ankoraj: Çətin ankoraj situasiyaların idarə olunması və həlli yolları (mikrovintlər və SUS2). Minimplantların asan tətbiqi üçün məsləhət və fəndlər
Göstərişlərə riayət etməmə: əməkdaşlıq etməyən/ pis hihieyenası olan pasientlərin idarə olunması və həlli yolları
Disqnatik cərrahiyyədə fəsadlarının qarşı alınması və idarə olunması. SUS2 vasitəsi ilə dişləmin proqresiv dəyişməsi- orta ağır hallarda disqnatik cərrahiyyədən qaçma imkanı yaradan aparat
GÇO pozulmalarının qarşı alınması və idarə olunması (AqvaSplint konsepsiyası)
Estetik aspektdən maneənilərin dəf edilməsi. Xüsusən böyüklərdə və şəffaf kappalar, linqval breketlər, keramik breketlər , Tomas milləri /SUS2
Yeni materiallar və breketlər haqqında məlumat (özündən bağlanan breketlər və müasir ortodontiyanın yeni texnikaları)
Kök rezorbsiyasına, ön dişlərin travmatik itirlməsi, çoxsaylı aplaziya, vaxtan əvvəl azı dişlərini itirilməsi, ankiloz dişlərə aid məsləhətlər
Vasitəli breket yapışdırılması, sadələşdirilmiş və surətli üsul (xüsusən hipersalivasiyalı və ya hiperaktiv pasientlərdə)
Müalicə residivlərindən çəkinmək üçün məsləhət və fəndlər
Dr. Aladin Sabbagh 1964-cü ildə Almaniyanın Münhen şəhərində anadan olub. Dəməşq Universitetini 1987-ci ildə bitirəndən sonra ortodontiya təhsilini Almaniyanın Kiel Universitetində alıb və 1993-cı ildə Münhendə Ortodontiya Mütəxəssisi sertfikatını təltif olunub. Həmin ildə Almaniyanın Erlangen şəhərində özəl klinika açıb. Dr. Sabbah dünya şöhrətli mühazirəçi və professor, bir çox milli və beynəlxalq cəmiyyətlərin üzvü və Frankonia / Bavaria Alman Ortodontik Assosiyasiyasının sədridir. 1991-ci ildən bu günə qədər Dr. Sabbah müxtəlif mövzularda bir çox elmi nəşrlərin müəllifidir. 2002-ci ildə AquaSplint ixtirasına görə Avropa və ABŞ-da patent alıb. SUS (The Sabbagh Universal Spring) Sabbah Universal Yay aparatın intelektual mülkiyyəti ona məxsusdur.