İmplantologiyanın cərrahi və ortopedik əsasları çap etgöndər
15-16 aprel 2006 il tarixlərində "Crescent Beach Hotel"də üz-çənə cərrahiyyəsi, implantologiya və müasir protez növləri mövzusunda kurs-seminar keçiriləcək. Kursu Ankara Universiteti Diş Həkimliyi Fakültəsi dekanı Prof. Necat Bora Sayan və dekan müavini Prof. Ersan Ersoy keçirəcəklər. Kursun təşkil olunmasında Ankara Universiteti, Azərbaycan Stomatoloji Assosiyasiyası, Azəri Ortodontlar Dərnəyi və "Dental One" stomatoloji klinikası yaxından iştirak edirlər.
15 aprel 2006 (şənbə günü)
09.15 - 09.30 Açılış 09.30 - 10.30 Stomatolojı cerrahiyyə əsasları: Osseointegrasiya anlayışı / Səthxüsusiyyətləri Sümük və selikli qişada manipulyasiya prinsipləri Anatomik məhdudiyyətlər Cerrahi alətlər və avadanlıq dəsti 10.30 - 11.00 Fasilə (coffee-break). 11.00 - 12.00 Ortopedik implantologiya əsasları: Oklüziya İmplant - Diş fərqləri Ağıziçi güvvələr / Biomexanika Ortopedik alətlər və avadanlıq dəsti 12.00 - 13.30 Nahar. 13.30 - 14.15 İmplantologiyada diaqnoz və planlaşdırılma. 14.15 - 15.15 İmplantlaşdırma üçün göstərişlər (cərrahi və ortopedik): Tam dişsizlik Qısmi dişsizliklər Tək diş çatışmazlığı 15.15 - 17.00 Modellər üzərində cərrahi təlim.
31 marta qədər stomatoloq - 160 AYM tələbə - 80 AYM
1 apreldən sonra stomatoloq - 200 AYM tələbə - 100 AYM
Qeydiyyat üçün aşağıdakı ünvana müraciat edin. Tələbələrin qeydiyyatı üçün tələbə bileti təqdim olunmalıdır. İştirakçılara sertifikat təqdim olunacaq.
Lektorlar: Prof. Dr. Nejat Bora Sayan Ankara Universitetinin Stomatologiya fakültəsinin dekanı. Prof. Dr. Ersan Ersoy Ankara Universitetinin Stomatologiya fakültəsinin dekan müavini, Türk Prostodonti və İmplantoloji Dərnəyinin Ankara şöbəsinin sədri və Türk Dişhəkimləri Birliyinin təhsil komissiyasının üzvüdür.
Təşkilatçılar: Ankara Universiteti, Azərbaycan Stomatoloji Assosiasiyası, Azəri Ortodontlar Dərnəyi