Azeri Orthodontic Society
Periodontal Cərrahiyyə kursu
çap et    göndər

12 oktyabr 2004 - saat 9:30

Ünvan:
"VITTA" MMC, Azadlıq küç. 814
Əlaqə:
497-48-67, 497-13-46, 463-02-05, 463-08-92, (50)396-69-35, (50)348-97-99
Hörmətli həmkarlar.
Hər yerdə olduğu kimi, Azərbaycanda da geniş yayılmış paradont xəstəliklərin terapevtik müalicəsi günün tələbləri səviyyəsində aparılır. Paradont xəstəliklərinin müalicəsinin effektliliyini daha da artərmaq üçün dünya praktikasinda cərrahi-terapevtik, plastik və estetik cərrahi müalicə metodları geniş istifadə olunur.
Paradont xəstəliklərinin müalicəsi ilə məşğul olan həkimlər yüksək nəzəri və praktiki biliklərə malik olmalıdırlar. Bunları nəzərə alaraq Ankara Universiteti Diş həkimliyi fakültəsi Periodontologiya şöbəsinin bir qrup aparıcı alimləri Bakıya dəvət olunmuşlar.
Onlar 5 gün ərzində periodontal cərrahiyədən tam kurs keçəcəklər. Kurslar mühazirə, seminar və praktik məşğələ formasında aparılacaq.
Kurs qrupu
Prof. Dr. Hamit S. Bostançı

1952-ci ildə anadan olub.
1976-cı ildə Hacıtepe Universitetini bitirib.
1992-ci ildən professordur.
Ankara Universiteti Diş həkimliyi fakültəsi Periodontologiya şöbəsinin professorudur.
Prof. Dr. M. Nejat Arpak

1953-cü ildə anadan olub.
1978-ci ildə Hacıtepe Universitetini bitirib.
1991-ci ildən professordur.
Ankara Universiteti Diş həkimliyi fakültəsi Periodontologiya şöbəsinin professorudur.
Prof. Dr. Murat Akkaya

1956-cı ildə anadan olub.
1981-ci ildə Ankara Universitetini bitirib.
1992-ci ildən professordur.
Ankara Universiteti Diş həkimliyi fakültəsi Periodontologiya şöbəsinin professorudur.
Dos. Dr. Cem A. Gürgan

1966-cı ildə anadan olub.
1988-ci ildə Hacıtepe Universitetini bitirib.
1999-cu ildən dosentdir.
Ankara Universiteti Diş həkimliyi fakültəsi Periodontologiya şöbəsinin dosentidir.
PROQRAM:

12.10.2004     Saat: 9.30-13.00; 14.30-17.30
13.10.2004     Saat: 9.30-13.00; 14.30-17.30
14.10.2004     Saat: 9.30-13.00; 14.30-17.30
15.10.2004     Saat: 9.30-13.00; 14.30-17.30
Mühazirələrin qısa məzmunu:

- Regenerativ periodontal cərrahlığın ümumi prinsipləri;
- Istiqamətləndirilmiş toxuma regenerasiyası;
- Transplantologiya;
- Kök səthinin sərtləndirilməsi;
- Peridont və ətraf toxumanın anatomiyası;
- Cib boşluğunun təmizlənmə cərrahiyyəsində kritik xətt;
- Gingivektomiya və gingivoplastika;
- Sümük rezeksiya əməliyyatı;
- Periodontal plastik və estetik əməliyyatı;
- Tac boyunun uzadılması;
- Bifurkasiya problemləri və müalicə metodları.
Kursda iştrak etmək üçün 08.10.2004-cü ilə qədər təşkilat komitəsinə müraciət edə bilərsiniz.

Qeyd:
Kurslar ödənişlidir. İştirakçılara kursu müvəffəqiyyətlə bitirmək haqqında sertifikat verilir.
Azərbaycan Stomatoloji Assosiasiyası
VİTTA MMC
Azəri Ortodontlar Dərnəyi
İstifadəçi məlumatı
İstifadəçi adı:
Parol:
Məni yadda saxla

Üzv deyilsiniz?
Qeydiyyatdan keçin!

Parolunuzu unutdunuz?
Təsadüfi şəkil

Azerbaycan Saytlari Kataloqu