"Müasir ortodontiyanın elmi əsasları" mühazirələr kursu və "master-klas" çap etgöndər
Hörmətli həmkarlar, Azəri Ortodontlar Dərnəyi Sizi ortodontiya sahəsində, qardaş Türkiyənin aparıcı mütəxəsislərindən olan, Prof. Dr. Haluk İşerin'in iştirakı ilə "Müasir ortodontiyanın elmi əsasları" leksiya kursuna və "master-klasa" dəvət edir. Kurs iki hissədən: professor İşerinin elmi tədqiqatlarına və praktiki fəaliyyəti əsasında hazırlanmış mühazirələrindən və "master-klas"dan ibarət olacaq. "Master-klas"ı azərbaycan ortodontlarının təqdim etdiyi mürəkkəb anomaliya hallarının ümumi müzakirəsi və professor İşerinin dəyərli məsləhətləri təşkil edəcək.
Dr. Haluk İşeri Professor, D.D.S., Ph.D
Ankara Universetinin Ortodontiya kafedrasının müdiri, 1996-1998 illərdə Türk Ortodontik Dərnəyinin prezidenti, və Türk Ortodontik Jurnalının baş redaktoru olub. 1998 ildən Angle Orthodontist və AJO-DO jurnalları üçün rəyçi kimi çalışır. 2001-ci ildən Avropa Ortodontik Jurnalının redaksiya heyətinin üzvüdür. Müxtəlif illərdə Türkiyədə, Danimarkada və ABŞ-da bir sıra qrantlar və mükafatlarla təltif edilib. Hal-hazırda Vaşınqton, Kopenhagen, Tel-Aviv və Padova universitetləri ilə birgə elmi tədqiqatlar aparır. 47-dən çox nəşrin müəlifidir. 114 elmi yığıncaqda mühazirəçi kimi çıxış edib.
Kursun proqramı:
10 iyun
9.30 Qeydiyyat. Регистрация.
10.00-11.30 Böyümə,inkişaf və "skelet yaşının" xüsusi üsullarla müəyyən edilməsi. Рост, развитие и специальные методы определения "скелетного возраста".
11.30-12.00 Tənəffüs. Перерыв.
12.00-13.00 Sürətli ve yarı sürətli (rapid ve semi-rapid) palatal genişləndirmə üsulları. Быстрая и полу быстрая методика небного расширения.
13.00-13.30 Tənəffüs. Перерыв.
13.30-14.30 Açıq dişləmin diaqnostikası, və üz skeletinin böyümə növlərinə əsaslanmış müalicə üsulları. Диагностика открытого прикуса и методы его лечения, основанные на типах роста лицевого скелета.
11 iyun
9.30-10.30 Professor İlizarovun "distraksiya osteogenezis" prinsipləri əsasında təklif olunmuş köpək dişlərinin surətli distalizasiyası üsulu. Метод быстрой дистализации клыков, основанный на принципах "дистракции остеогенезис" профессора Илизарова.
11.30- 14.30 Müxtəlif kliniki halların müzakirəsi. Обсуждениe различных клинических случаев.
"Müasir ortodontiyanın elmi əsasları" kursu 10-11 iyun 2006 il "Park İnn" otelinin 2-ci mərtəbəsində yerləşən konfrans zalında keçiriləcək. Ünvan: Azadlıq pr. 1 ("Azərbaycan" otelinin arxası)
Kursda iştirakın qiyməti - 90 AZN. Tələbələr üçün - 60 AZN. AOD-in üzvləri üçün 20% qüzəşt nəzərdə tutulur.
Məlumat üçün: Uşaq Stomatoloji Mərkəzi Təbris küç. 102, otaq 41 (AOD) Tel: 467 85 54, Mob: 050 326 31 61 zaur@orthodontics.az