AOD üzvləri ad@orthodontics.az ünvanlı e-mail xidmətindən istifadə edə bilərlər. Bunun üçün AOD www.orthodontics.az/mail səhifəsinə daxil olub öz istifadəçi adını və parolu yazaraq e-mailərini idarə edə bilərlər. Üzvlər öz müvəqqəti parollarını Dr. Zaur Zeynalovdan ala bilərlər.
İlk girişdə yeni parol seçilir və e-mail xidməti səhifəsinin interfeys dili seçilə bilər (rus, türk, ingilis v.s. ola bilər). Saxlanılan e-mail həcmi hər üzv üçün 2 Gb-dır və Google texnologiyasına əsaslanır. Spam filter, ünvan kitabçası, xəbər oxuyucusu və POP3 xidmətindən istifadə etmə kimi müxtəlif funksiyalara malik olan E-mail xidmətindən başqa, Gtalk (Google əsaslı chat) xidmətindən də istifadə etmək olar.