Müsabiqəyə göndərilən 160-dan çox foto şəkildən Azərbaycan Fotoqraflar Birliyinin peşəkar jurisi tərəfindən 35-ə yaxın foto əsər seçilərək, sərgidə nümayiş etdirildi. Sərgi 4 gün ərzində tamaşaçıların ziyarəti üçün açıq idi və yüzlərcə insan bu foto şəkilləri gördü.
1-ci yer - Hacı Akif Ağayev. Fəxri Diplom və mükafatı Bakı Fransız Mədəniyyət Mərkəzinin rəhbəti xanım Tiphaine Ricordel təqdim edir.
2-ci yer - Asim Talıbov. Fəxri Diplom və mükafatı Azərbaycan Fotograflar Birliyinin sədri cənab Rafiq Qəmbərov təqdim edir.
3-cü yer - Sitarə İbrahimova. Fəxri Diplom və mükafatı Azəri Ortodontlar Dərnəyinin sədri Zaur Zeynalov təqdim edir.
Fərqlənmə diplomu - Eldar Süleymanov. Diplomu Azəri Ortodontlar Dərnəyinin katibi Emin Əsgərov təqdim edir.
Fərqlənmə diplomu - Nonna de Gubek. Diplomu Azəri Ortodontlar Dərnəyinin katibi Emin Əsgərov təqdim edir.