Azeri Orthodontic Society
Pulsuz Kurs Qeydiyyatı
çap et    göndər

Ortodontiyaya maraq göstərən bütün həkim və tələbələri "Ortodontiyanın mübahisəli mövzularına müasir yanaşmalar" kursuna dəvət edirik.

Kurs 13 oktyabr 2012-ci il tarixində "VİTAStom" şirkətinin konfrans zalında keçiriləcək.
Ünvan: Zivərbəy Əhmədbəyov küç., 1. (m. Nizami qarşısı)
Əlaqə: (050/055) 3263161

İştirak pulsuzdur.

Azeri Ortodontlar Vita Stom Baku

Ölkə əhalisi tərəfindən ortodontik müalicəyə tələbatın yüksəlməsinin məntiqi nəticəsi, bu ixtisasa yiyələnmək istəyən diş həkimlərinin sayının artmasıdır. Bu arzu ilə onlardan bəziləri mənə müraciət edirlər. Səbəb odur ki, mən Koreya Ortodontik Tədqiqatlar İnsitutunun Daşkənd filialında bir illik və Kiev Milli Diplomdan Sonra Tibb Akademiyasınin Ortodontiya Magistraturasında iki illik təhsildən, 15 ölkədə ortodontiyanın müxtəlif mövzularına həsr olunmuş 70-dən çox tədbirdə iştirakımdan, yığdığım zəngin kitabxanamdan və nəhayət, 20 illik iş təcrübəmdən Ortodontiya sahəsində kifayət qədər məlumat toplamışam.

Zaur Zeynalov Xoş arzularla,
Ortodontiya Magistrı Dr. Zaur Zeynalov (BDS, DDS, MS, M.Orth)
Azəri Ortodontlar Dərnəyinin təsisçilərindən biri,
Dünya, Avropa və Amerika Ortodontlar Cəmiyyətlərinin üzvü,
Amerika Ortodontiya və Dentofasial Ortopediya Jurnalının 2003 il müsabiqəsinin qalibi,
Avropa Ortodontlar Cəmiyyətinin 2009 il Tədqiqat Qrantı qalibi.


Qeydiyyat üçün adınızı və telefon nömrənizi
aod@orthodontics.az
e-mail ünvanına göndərin.

Proqram:
● 10.00 - 12.00
- Ortodontlar nəyi müalicə edir? Və ya terminlojı çaşqınlıq haqqında
- Sefalometriyaya ziddiyətli baxışlar əvəzinə rasional yanaşma
- Rəylərin əvəzinə, dəlillərə əsaslanan yanaşma
- İki mərhələli və bir mərhələli müalicə üsullarının müqayisəsi
● 12.00 - 12.15: Fasilə
● 12.15 - 13.45
- Ortodontik texnikalar: reklam və həqiqət
- Diş sıxlığının yaranmasında və müalicəsində ağıl dişlərinin rolu
- Gicgah-çənə oynağı problemlərinin oklyuziya ilə əlaqəsi

İstifadəçi məlumatı
İstifadəçi adı:
Parol:
Məni yadda saxla

Üzv deyilsiniz?
Qeydiyyatdan keçin!

Parolunuzu unutdunuz?
Təsadüfi şəkil

Azerbaycan Saytlari Kataloqu