Azeri Orthodontic Society
MÜƏLLİMİN XATİRƏSİNƏ

Prof. Kim Il Bong2012-ci il Aprelin 13-də Cənubi Koreyadan cox ağır bir xəbər gəldi, həmən cümə gününün axşamı, Professor Kim İl Bonq vəfat etmişdir.
Bənzərsiz fəaliyyəti ilə bu böyük şəxsiyyət yüzlərlə diş həkiminin həyatında yeni işıqlı yollar açdı. Ortodontiya sənətinin incəlikləri ilə bərabər öz həyat təcrübəsi və qeyri-adi düşüncə tərzindən doğan dərin fəlsəfəsini tələbələri ilə hər zaman bölüşürdü. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da Dr. Kimin tələbələri var. Biz xoşbəxt insanlarıq ki, bu cür Müəllimin tələbəsi və onunla ünsiyyətdə olmuşuq. Maraqlıdır ki, Professor Kim İl Bonq Azərbaycana gəlib mühazirə oxuyan ilk ortodontiya üzrə professor olmuşdur.

Professor Kimlə 2001-ci ilin payızında baş vermiş tanışlıq bir neçə azərbaycanlı diş həkiminin həyatında əlamətdar bir hadisəyə çevrildi. Həmən ilin noyabrında Azərbaycandan dörd həkim: Elçin Bağırov, Zaur Zeynalov, İqbal Süleymanov və Teymur Məmmədov Professor Kimin dəvəti və maddi dəstəyi nəticəsində, Seulda keçirilən Birinci Dünya Edjevayz Ortodontik Kongresində iştirak etdi. 2004-cü ildə 3 azərbaycanlı (Zaur Zeynalov, Emin Əsgərov və Teymur Məmmədov) və 3 ukraynalı ortodont Professorun başçılıq etdiyi və Daşkəndə bir il ərzində keçirdiyi altı bir həftəlik sessiyadan ibarət Birinci Mərkəzi Asiya Edjevayz Kursunun tələbəsi olmağa müvəffəq oldu. Xüsusi qeyd etmək lazımdır ki, bu kurs tamamilə pulsuz idi, və Professor Kim öz vəsaiti hesabına Seuldan Daşkəndə 7 saatlıq uçuş edib bizə mühazirə oxumağa gəlirdi. Adı çəkilən kurs bitəndən sonra Dr. Teymur Məmmədov Professor Kimin dəstəyi sayəsində Cənubu Koreyada 6 aylıq diplomdan sonra təkmilləşmə kursu keçmək imkanı əldə etdi. 2005-ci ildə biz yenidən Daşkənddə bir həftəlik kurs təşkil etdik ki, bu zaman Azərbaycandan 7, Ukraynadan isə 5 həkim iştirak etdi. Sonralar da görüşlər və məktublar vasitəsi ilə hörmətli Dr. Kim İl Bonq hər zaman öz yardımını bizdən əsirgəmirdi.
Müəllimin vaxtsız və gözlənilməz ölümündən, onun başqa tələbələri kimi çox sarsılmış və kədərlənmişik.
Azərbaycanda Ortodontiyanın inkişafına göstərdiyi yardıma görə Professor Kim İl Bonq Azəri Ortdontlar Dərnəyinin Fəxri Üzvü adı ilə təltif edilmişdir.
Yuksək səviyyəli peşəkar, gözəl insan, xeyirxah müəllim olan professor Kim İl Bonqun vaxtsiz vəfatı bizim üçün və həmçinin dunya orthodontları üçün boyük itgidir! Kədər və qüssəmizi ifadı etməyə söz tapmaq olduqca cətindir! Onun xatirəsi həmişə bizim ürəyimizdə qalacaq!

Allah rəhmət eləsin!

Zaur Zeynalov
Emin Əsgərov
Teymur Məmmədov
İstifadəçi məlumatı
İstifadəçi adı:
Parol:
Məni yadda saxla

Üzv deyilsiniz?
Qeydiyyatdan keçin!

Parolunuzu unutdunuz?
Təsadüfi şəkil

Azerbaycan Saytlari Kataloqu