Azeri Orthodontic Society
"Giçgah-çənə oynağı disfunksiyaları" kursu

implantoloqlarin xezer konfransi AzİİB və AOD stomatoloqları İmplantoloqların V Beynəlxalq Xəzər Konfransı şərçivəsində təşkil olunan və 21 iyun 2013 il tarixində Crown Hotel-də keçiriləcək konfransönü "Giçgah-çənə oynağı disfunksiyaları, onların diaqnostikası və okklyuziya qüsürları ilə qarşılıqlı əlaqəsi" kursuna dəvət edirlər.
Gicgah-çənə oynağı fiziologiya və patologiyasının öyrənilməsinin, bu oynağın normal fəaliyyət göstərməsi üçün funksional okklüziyanın yaradılmasının əhəmiyyəti stomatoloqların hər zaman diqqət mərkəzində olub. Son vaxtlar gicgah-çənə oynağı problemləri ilə həkimə müraciət edən pasiyentlərin sayının kəskin sürətdə artması, bu mövzunun daha da aktuallaşmasına səbəb olub. Beləki, müasir dövrdə aparılan çoxsaylı tədqiqatlar və müxtəlif mənbələrə istinadlanan statistik hesablamalar göstərir ki, gicgah-çənə oynağı funksiyası qüsurları dünya əhalisinin 50-75 %-də müşahidə edilir, kliniki simptomlar isə 20-25%-də aşkarlanır. Ancaq onlardan yalnız 3-4 %-də müalicə tədbirləri həyata keçirilir.
Həm öz ölkələrində, həm də onun hüdüdlarından kənarda gicgah-çənə oynağı problemləri sahəsində yüksək ixtisaslı mütəxəssis kimi tanınan məruzəçi professorların bu kursu, sizə gicgah-çənə oynagi disfunksiyalarının müasir üsullarla diaqnostikası və müalicəsi haqqında, həmçinin problemlərə səbəb olan okklyüziya qüsurlarının aradan qaldırılması haqqında qiymətli və çox faydalı məlumat almağa kömək edəcək.

Məruzələr rus dilində təqdim olunacaq və eyni zamanda gulaqcıqlarla sinxron azərbaycan dilinə tərcümə həyata keciriləcək.
İştirakçıların nahar yeməyi və fasilələrdə çay/kofe ziyafəti Dentaurum və Ortho Organizers şirkətləri tərəfindən təqdim olunacaq və bütün kurs iştirakçılarına bu firmalarının məhsullarına 20% endirim təmin edən kuponlar hədiyyə ediləcək.

İçtirakçılara sertifikat təqdim olunacaq.

Kursun proqramı:
  • 09:00- 09:30 Qeydiyyat.
  • 09:30-11:00
    Prof. Arsenina O. İ. məruzəsi: Diş cərgələrinin distal okklyuziyası olan pasientlərdə müalicədən öncə və sonra gicgah-çənə oynağında müşahidə edilən dəyişikliklər. Xüsusi korrektorun əzələ-oynaq disfunksiyası olan pasientlərin kompleks müalicəsinin erkən etaplarında tətbiqi.
  • 11:00-11:20 Kofe fasiləsi.
  • 11:20-12:00 Ortodontik məhsulların prezentasiyası.
  • 11:20-13:30 Distal okklyuziyanın müalicəsində çıxmayan funksional aparatların breket-sistemi ilə birgə istifadəsi.
  • 13:30-14:30 Nahar fasiləsi.
  • 14:30- 16:30
    Prof. Droqomiretskaya M. S. məruzəsi: Gicgah-çənə oynağının normal fəaliyyəti üçün funksional okklyuziyanın yaradılmasının əhəmiyyəti.
  • 16:30-17:00 Diskussiya, sual- cavab.
Ünvan:
Crown Hotel konfrans zalı
Qurban Abbasov küç. 7, Bayıl



Miroslava DroqomiretskayaMiroslava Droqomiretskaya
(tibb elmləri doktoru, professor)

• P.L. Şupik adına Diplomdan Sonra Təhsil üzrə Ukrayna Milli Tibb Akademiyasının ortodontiya kafedrasının müdiri
• Ukrayna Səhiyyə Nazirliyinin Baş Ortodontu
• Ukrayna Ortodontlar Assosiyasiyasının (АОУ) prezidenti
• Ortodontların Fasiləsiz Təhsil Akademiyasının prezidenti
• Ukraynanın Əməkdar Həkimi
• "Свiт Ортодонтии" jurnalının baş redaktoru
• Dünya Ortodontlar Federasiyasının (WFO) üzvü
• Avropa Ortodontik Cəmiyyətinin (EOS) üzvü
• 120-dən çox nəşrin və 5 patent müəlifidir.

Olqa 

ArseninaOlqa Arsenina (tibb elmləri doktoru, professor)

• Rusiya Səhiyyə Nazirliyinin Stomatologiya və Üz-çənə Cərrahiyyəsi Mərkəzi Elmi-Tədqiqat İnstitutunun (ЦНИИС и ЧЛХ) baş elmi işçisi, ortodontiya şöbəsinin müdiri
• Rusiya Profesional Ortodontlar Cəmiyyətinin vise-prezidenti
• Rusiya Tibb Elmləri Akademiyasının Stomatologiya Elmi Şurasında Ortodontiya Komissiyasının sədri
• "Ортодонтия" və "Стоматология детского возраста и профилактика" jurnallarının redaksiya şurasının üzvü
• Dünya Ortodontlar Federasiyasının (WFO) üzvü
• Avropa Ortodontik Cəmiyyətinin (EOS) üzvü
• Amerika Ortodontlar Assosiyasiyasının (AAO) üzvü
• 300-dən çox nəşrin və 5 patent müəlifidir.

Kurs qiyməti:
- 10.06.2013 qədər - 80 AZN (tələbələr 60 AZN)
- 10.06.2013 sonra - 100 AZN (tələbələr 80 AZN)

Əlavə məlumat:
449-90-23, (050) 563-71-72, info@caspident.com

Qeydiyyat:
"CaspiDent" ofis və mağazalar
(050/055) 326-31-61, zaur@orthodontics.az
İstifadəçi məlumatı
İstifadəçi adı:
Parol:
Məni yadda saxla

Üzv deyilsiniz?
Qeydiyyatdan keçin!

Parolunuzu unutdunuz?
Təsadüfi şəkil

Azerbaycan Saytlari Kataloqu