Hörmətli həmkarlar, Sizi 11 Dekabr 2011 il saat 10:00-da Azərbaycan Ortodontlar Dərnəyinin 7-cı Elmi-Praktiki Seminarına dəvət edirik. Seminar Azərbaycan İmplantoloq İçtimai Birliyi və Azərbaycan Estetik Stomatologiya Assosiyası ilə birlikdə keçiriləcək.
Mövzu: Müasir stomatologiyada komanda anlayışı və ya müxtəlif ixtisaslı diş həkimlərinin birgə fəaliyyətinin istiqamətləri
"Dişlərin çəkilməməsilə aparılan ortodontik müalicə" kursu çap etgöndər
Orto Organizers sizi 25 dekarbr 2011-ci il saat 9:00-da, Dental İmplant Tədris Mərkəzində keçiriləcək Dişlərin çəkilməməs ilə aparılan ortodontik müalicə. Pendulum - əng sümüyü böyük azı dişlərinin distalizasiya aparatı, modifikasiyaları, hazırlanmasının laborator etapları, kliniki istifadəsi, aktivasiyası adlı seminarına dəvət edir.
Azəri Ortodontlar Dərnəyi İçtimai Birliyinin üzvləri
Azərbaycanın ilk ortodontlarından biri olmuş, görkəmli həkim və alim, tibb elmləri namizədi, dosent, Azəri Ortodontlar Dərnəyinin fəxri üzvü, YƏHYA MİRZƏ OĞLU ADIGÖZƏLOVun
vaxtsız vəfatından kədərləndiyini bildirirlər və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verirlər.
8 aprel 2011 il tarixində keçirilən Azəri Ortodontlar Dərnəyinin təşkilatı məsələlərə həsr olunmuş növbəti iclasında, tibb elmləri namizədi Dr Hikmət Bayramov yekdiliklə Dərnəyin yeni sədri seçilmişdir.
8-го апреля 2011 года, на собрании Азербайджанского Общества Ортодонтов, посвящённого организационным вопросам, кандидат медицинских наук Др Хикмет Байрамов был единогласно избран новым председателем Общества.
Ukrayna Ortodontiya Assosiasiyasının VIII-ci qurultayı çap etgöndər
Ukrayna Ortodontiya Assosiasiyasınınnın prezidenti Professor Pyotr Flis adından, sizi Ukrayna ortodontlarının növbəti 8-ci qurultayına dəvət edirik. 29 sentyabr - 2 oktyabr 2011 il tarixlərində keçiriləcək bu ilki qurultayı xüsusi tədbir fərqləndirir - qurultay proqramına əlavə olaraq, Avropa Ortodontlar Cəmiyyətinin dəstəyi ilə, və Avropanın tanınmış alimlərinin iştirakı ilə, iki günlük "Satelit kliniki simpozium" təşkil olunur.
"Ortodontiya və Osteologiya" seminarı çap etgöndər
Ortodontiyada Davamlı Təhsil Akademiyasının prezidenti Prof. Miroslava Drohomyretskayanın adından sizi “Karpat Dağlarında Ortodontların Görüşləri” silsiləsindən olan tədbirə dəvət edirik. Bu ilki seminarın mövzusu “Ortodontiya və Osteologiya". Tədrirdə Athanasios Athanasiou və Prof. Stephen Richmond iştirak edəcəklər. Təşkilatçılar maraqlı elmi proqramla yanaşı, iştirakçılar üçün gözəl əyləncələr də hazırlayıblar.
Tədbir 2011-ci ilin 17-20 fevral tarixlərində Ukraynanın məşhur dağ xizək kurortu "Plai" kompleksində keçiriləcək.
2011-ci ilin 19-23 iyun tarixlərində Avropa Ortodontlar Cəmiyyətinin 87-ci Konqresi ilk dəfə olaraq Turkiyədə, İstanbulda keçiriləcək. Azəri Ortodontlar Dərnəyi üzvləri adından Professor Necat Erverdini və bütün Türkiyəli həmkarlarımızı bu böyük nailiyyət münasibəti ilə təbtik edirəm.
Ortodontik müalicə məqsədi ilə dişlərin çəkilməsi - çətin seçim qarşısında çap etgöndər
Sizi Azəri Ortodontlar Dərnəyinin 6-cı Elmi-Praktiki Seminarına dəvət edirik. Seminar Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti ilə birlikdə keçiriləcək.
Tədbir 17 oktyabr 2010 il, saat 10.00-da, Xəzər Universetinin B.Səfəroqlu 122 ünvanında yerləşən binasında keçiriləcək. İştirak pulsuzdur.
Elmi proqram bitəndən sonra, seminar iştirakçıları arasında lotereya keçiriləcək. Qaliblər DENTAURUM və ORMCO şirkətlərinin məhsulları ilə mükafatlandıracaqlar.