www.orthodontics.az

6-cı Beynəlxalq Ortodontik Konqres

Sentyabr ayının 10-dan 14-nə qədər Parisdə keçirilən Dünya Ortodontlar Federasiyasının (DOF) kongresində 7000-dən artıq ortodont, həkim köməkçisi və diş texniki iştirak edirdi. DOF-sı 100-dən artıq ölkənin milli ortodont çəmiyyətini birləşdirir, və sentyabırın 11-də bu ölkələrin nümayəndələri təntəli açılışda iştirak edərək, səhnəyə çıxdılar. Azərbaycandan gələn 7 iştirakçı, yəqin ki, öz ölkəsinin də adın DOF-nın bərabər hüquqlu üzv kimi adı çəkilməsini arzulayırdılar. Lakin bizim tərəfimizdən etiraza səbəb olan rəqabət, məfhumunun çox acınacaqlı nəticələr verəcəyini təsdiqlədi.


Məsələ ondadır ki, Azəri Ortodontlar Dərnəyi hələ avqust ayının əvvələrində DOF-na üzv olmaq üçün tələb olunan sənədləri təşkilatın katibliyinə göndərib. Lakin DOF-sı rəhbərliyi,bAzərbaycanda başqa ortodontik təşkilatların mövcudluğundan və iddialarından xəbər tutaraq, bizim məsələni heç müzakirəyə də qoymayıb. Onlar bizə açıq şəkildə bildirdilər ki, bir ölkədən ancaq bir təşkilatı Federasiyaya qəbul edə bilərlər. Bizə məsləhət görüldü ki, bütün problemləri öz aramızda həll edək. Qeyd etmək lazımdır ki, DOF-na üzv olmaq üçün başqa çətinliklərdə mövcuddur, amma DOF-da Rusiya, Ukrayna, Moldova və hətta, bəzi geri qalmış Afrika ölkələrinin ortodont təşkilatlarının təmsil olunması bizə böyük ümidlər verirdi. DOF-na üzv olmaq, özünütanıtma və əməkdaşlıq imkanlarından başqa həmi də müəyyən imtiyazlar verir- hələ ki biz bunların hamısından məhrumuq...
O ki qaldı kongresin elmi programına, o olduqça marağlı və rəngarəng idi, və imkan dairəsində müxtəlif vasitələrlə biz AOD-nin üzvlərinə bu haqda məlumatl verəcəyik.