www.orthodontics.az

"Müasir Ortodontiya" 30 həftəlik tədris kursu

Son illərdə Azərbaycan Respublikasında ortodontiya xidmətinə tələbat günü gündən artır, lakin hazırlığlı mütəxəsislərin sayının azlığı, bu xidmətin inkiışafını ləngidir . Problemin həllinə yardım etməy üçün, Uşaq Stomatoloji Mərkəzin müdiriyyəti və Azəri Ortodontlar Dərnəyi, respublikada yeganə olan, Azərbaycan Səhiyyə Nazirliyinin Uşaq Stomatolojı Mərkəzinnin Ortodontiya şöbəsinin imkanlarından istifadə etməyi məqsədə uyğun sayırlar. Və adı çəkilən şöbənin nəznində, "Müasir Ortodontiya" kursunu təşkilini elan edirlər. Kursun əsas məqsədi; diş həkimlərini savadlandıraraq, ortodontiya üzrə mütəxəssis yetişdirməkdir. Bunun üçün, onlar həm akademic əsaslı nəzəri biliyə, həmi də müxtəlif müalicə üsullarına yiyələnməklə, kliniki təçrübəyə malik olmalıdırlar.
"Müasir Ortodontiya" tədris proqramının əsası Avropa Birliyi ölkələrinin unversitetlərinə tövsiyə olunmuş "Erasmus" proqramindan götürülmüşdür. Həmin proqram 3 illik diplomdan sonra əyani tədris kursu kimi 1992 ildə təqdim olunub. Kursun təşkilatçıları "Erasmus" proqramının həcmini ixtısar etməklə,onun əsas strukturunu və bölmələrini saxlamağı vacib bilib. Kursun təşkilində cavabdeh şəxs Azəri Ortodontlar Dərnəyinin Sədri Zaur Zeynalovdur.

Kursu bitirən şəxs aşağıdakıları bilib və bacarmalıdır:

- üz-çənə, diş cərgələri anomaliyalarının və funksional pozuntularının diaqnostikasını
- diş cərgələrinin, üz strukturlarının normal inkişafdan yayınmasının aşkarlanmasını
- müalicə planının qabaqcadan dürüst işlənib hazırlanmasını
- sadə və mürrəkəb müalicə prosedurlarını icra etməsini
- ortodontiyayla əlaqəli psixolojı aspektlərə qiymət verməsini
- başqa stomatolojı mütəxəsislərlə əməkdaşlığı düzgün təşkil etməsini, o cümlədən ortoqnatik cərrahiyəyə göstəriş olan xəstələrin müalicəsini
- beynəlxalq standartlara uyğun ortodontik müalicəyə ehtiyacın qiymətləndirməsini
- ixtisasda təkmiləşmək üçün, müasir imkanlardan istifadə etməyi

Məşğələlərin 75%-zı klinlki təcrubələrə xəsr olunacaq, ən azı həftədə 6 saat olmaqla, ümumilikdə 180 saat təşkil edəcək. Qalan 25%-zi isə elmi-nəzəri məruzələrə həsr olunacaq, həftədə 2 saat, ümumilikdə, 60 saat təşkil edəçək. Vaxtaşırı keçirilən testlər vasitəsi ilə, kurs iştirakçıların bilikləri yoxlanılacaq.
Kursu bitirən həkimlərə Uşaq Stomatoloji Mərkəzi və Azəri Ortodontlar Dərnəyi tərəfindən Şəhadətnamə təqdim olunacaq.

Nəzəri mövzuların fəsillərə bölünməsi və sərf olunan saatlar:

1. Ümumi biolojı və tibbi mövzular (10 saat)
⊕ Insan bədəninin böyüməsi və inkişafı
⊕ Baş hissəsinin embriologiyası və inkişafı
⊕ Üz-çənə nəyihəsinin hüceyrə və toxuma biologiyası
⊕ Çəynəmə, udma, nitq və nəfəs alma funksiyalarının normal fiziologiyası
⊕ Uşaq, gənc və böyüklərin psixologiyası

2. Əsas ortodontik mövzular (17 saat)
⊕ Dişlərin çıxması və diş cərgələrinin formalaşması (normal və qeyri-normal)
⊕ Üz nayihəsinin böyüməsi (normal və qeyri-normal)
⊕ Üz-çənə sisteminin fiziologiyası və patofiziologiyası
⊕ Diş və çənə yerdəyişmələrinini tibbi əsasları
⊕ Rentgenologiya və sefalometriya
⊕ Ortodontiyada işlənən materiallar
⊕ Ortodontik biomexanika

3. Ümumi ortodontik mövzular (14 saat)
⊕ Etiologiya
⊕ Diaqnostik tədbirlər
⊕ Diagnostik məlumatın dəyərləndirilməsi, və müalicənin planlaşdırılması
⊕ Boyatma və müalicənin analizi
⊕ Ortodontik müalicənin uzun müddətli təsiri
⊕ Ortodontik müalicənin yatrogen təsiri
⊕ Ortodontiyada epidemiolojı tədqiqatlar

4. Ortodontik müalicə texnikaları (11 saat)
⊕ Çıxan aparatlar
⊕ Funksional aparatlar
⊕ Ekstraoral aparatlar
⊕ Hissəvi çıxmayan aparatlar
⊕ Çıxmayan aparatlar
⊕ Mikroimplantlar
⊕ Retensiyon aparatlar

5. Müxtəlif stomatoloji ixtisaslarla birgə müalicə prosedurları (2 saat)
⊕ Ortodont-cərrah kombinə müalicəsi
⊕ Ortoqnatik cərrhiyyə əməliyatlarına ortodontik hazırlıq
⊕ Ortodont-parodontoloq müştərək müalicəsinin xüsusiyətləri
⊕ Ortodont-ortoped müştərək müalicəsinin xüsusiyətləri

6. Xüsusi müalicə prosedurları (2 saat)
⊕ Oklyuziyanın idarə olunması tədbirləri
⊕ Böyüklər üçün ortodontiya
⊕ Craniomandibulyar disfunksiya

7. Xəstənin saqlamlığının və təxlükəsizliyinin qorunması (1 saat)

8. Ortodontik xidmətinin menedjmentı və etikası (1 saat)


Kliniki məşğələlər:

⊕ anamnezinin toplanması
⊕ ilkin müayinə
⊕ model analizi
⊕ müxtəlif növ rentgen şəkillərinin öyrənilməsi
⊕ sefalometrya cizgiləmə təcrübələri
⊕ sefalometrik analizin növləri (Downs, Steyner, Tweed, Ricketts, Sassouni, McNamara və başqaları)
⊕ konkret xəstələr üçün ümumi müalicə planının müstəqil hazırlanması
⊕ müalicənin proqnozlaşdırılması
⊕ konkret müalicə tədbirlərinin icrası
⊕ fantomlarla (taypodontlarla) məşğələlər
⊕ qövs seçimi
⊕ qövslərdə büküm məşğələləri
⊕ təcrübəli həkimlərin iş prosesinə müşahidə
⊕ həkim konfranslarında iştirak
⊕ sair tədbirlər

Məlumat üçün:
Uşaq Stomatoloji Mərkəzi, otaq 41,
Dr. Zaur Zeynalov
Tel: 4678554, Mob: 050 326 3161
zaur@orthodontics.az