15-16 aprel 2006 il tarixlərində "Crescent Beach Hotel"də üz-çənə cərrahiyyəsi, implantologiya və müasir protez növləri mövzusunda kurs-seminar keçiriləcək. Kursu Ankara Universiteti Diş Həkimliyi Fakültəsi dekanı Prof. Necat Bora Sayan və dekan müavini Prof. Ersan Ersoy keçirəcəklər. Kursun təşkil olunmasında Ankara Universiteti, Azərbaycan Stomatoloji Assosiyasiyası, Azəri Ortodontlar Dərnəyi və "Dental One" stomatoloji klinikası yaxından iştirak edirlər.| 31 marta qədər stomatoloq - 160 AYM tələbə - 80 AYM | 1 apreldən sonra stomatoloq - 200 AYM tələbə - 100 AYM |