www.orthodontics.az

"Ortoqnatik cərrahiyə əsasları" mühazirəsi

ortognatik cerrahi 17 aprel 2006-cı il tarixində Ankara Universitetinin Stomatologiya fakültəsinin dekanı, Osaka Universitetinin müəllimi, Beynəlxalq Oral və Maksilofasial Cərrahlar Assosiyasiyasının üzvü, Yapon Üz-Çənə Cərrahiyəsi Cəmiyyətinin üzvü, Türk Oral və Maksilofasial Cərrahiyə Dərnəyinin üzvü professor Nejat Bora Sayan AOD üzvləri qarşısında "Ortoqnatik cərrahiyə əsasları" mövzusunda mühazirə ilə çıxış edib. Ayrıca hörmətli qonaq ortoqnatik anomaliyası olan bir necə xəstənin müayinəsində də iştirak etmişdir.
Görüştən foto şəkillərə baxa bilərsiniz >>>


Görüştən əvvəl professor Sayan bir neçə xəstəni müayinə edərək, kliniki şərtlərdə AOD üzvlərinə praktiki məlumatlar verdi. Həm rentgenolojik analiz, həm də xəstə anamnezi nökteyi-nəzərindən vacib ünsurlara diqqət yetirən qonaq, müalicə üsulları haqqında da məlumat verdi. Professor Nejat Bora Sayan azerbaycanlı ortodontlara sefalometrik cərrahiyə əsasları haqqında geniş məlumat verdiktən sonra, bu sahədə yeni metodikalardan və ortoqnatik cərrahiyə perspektivlərindən söz açıb. Çox sayıda əməliyyat nəticələri nümaiş etdikdən sonra, qonaq suallara cavab verib. Azərbaycanda bu sahədə öncül mütəxəssislərindən olan dosent Həsən Əsədov da ortodontlara sefalometrik cərrahiyə haqqında məlumat verdi.
Mühəzirədən sonra, AOD-nin daimi partnyoru, Glaxo Smith Kline şirkəti öz yeni məhsulları haqqında məlumat verdi və hədiyyələr təqdim etdi.


sefalometri