www.orthodontics.az

"TƏBƏSSÜM" sərgisi


9 iyun 2006-cı il, saat 18:30-da Füzuli küçəsi 67 ünvanında yerləşən Bakı Fransız Mədəniyyət Mərkəzində "TƏBƏSSÜM" adlı foto müsabiqənin nəticələrinə həsr olunmuş sərgi keçiriləcək.

Azəri Ortodontlar Dərnəyi, Azərbaycan Fotoqraflar Birliyi və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən birgə təşkil olunan müsabigədə 44 həvəskar və peşəkar fotoqraf 164 foto əsərləri ilə iştirak etmişdir. Müsabigəyə Azərbaycandan başqa, Ukrayna, Özbəkistan, Gürcüstan və Rusiyadan da foto şəkillər göndərilmişdi. Qeyd etmək lazımdır ki, əksər iştirakçılar həvəskar fotoqraflar idi. Müsabiqəyə göndərilən foto şəkillərdən Azərbaycan Fotoqraflar Birliyinin pəşəkar jurisi tərəfindən seçilən 35 foto əsər sərgidə nümayiş olunacaq. Sərginin təşkil olunmasında Bakı Fransız Mədəniyyət Mərkəzi böyük köməklik göstərib. Müsabigənin keçirilməsi və sərginin tərtibatı Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin əvəzsiz əməyi nəticəsində mümkün olub.
Bütün iştirakçı və yardımçılara minnətdarlığımızı bildiririk.

Çox sayıda maraqlı və keyfiyyətli foto əsər göndərildiyini və seçimin çox çətin olduğunu nəzərə alaraq, jurinin qərarına görə müsabigənin 3 əsas qalibindən başqa, 5 fəxri diplom da sahibini tapacaq.

Sərgiyə giriş sərbəstdir.
Ünvan:
Bakı Fransız Mədəniyyət Mərkəzi
Füzuli küç. 67


L'Association des Orthodontistes d'Azerbaïdjan, l'Union des Photographes d'Azerbaïdjan et le Centre Culturel Français de Bakou vous invitent à l'exposition consacrée aux résultats du concours photographique "Le sourire"

Mardi 9 juin 2006, 18h30

Centre Culturel Français de Bakou
67, rue Fuzouli